Fənərbaxça nın istədiyi futbolçudan sürpriz seçim

18.06.2026

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

"Barselona" ilə müqaviləsi yekunlaşan Robert Levandovski karyerasını ABŞ-də davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, MLS təmsilçisi "Çikaqo Fayr" polşalı hücumçunu transfer etmək istəyir.

Məlumata əsasən, polşalı futbolçu klub rəsmiləri ilə görüş keçirmək üçün ABŞ-yə səfər edəcək. Lakin 37 yaşlı forvard gələcəyi ilə bağlı yekun qərarını hələ açıqlamayıb. Bildirilir ki, "Çikaqo Fayr" transferin baş tutmasına böyük önəm verir.

Qeyd edək ki, Robert Levandovskinin adı "Fənərbaxça" ilə də hallanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью