Fənərbaxça nın istədiyi Levandovski seçimini etdi

29.06.2026

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

"Barselona"dan ayrılan Robert Levandovski karyerasını ABŞ-də davam etdirəcək.

Metbuat.az xəbər verir ki, polşalı hücumçu MLS təmsilçisi "Çikaqo Fayr"la 2 illik müqavilə imzalayıb. İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, 37 yaşlı futbolçu iki həftə əvvəl klubun bazasını və şəhəri ziyarət etdikdən sonra yekun qərarını verib və "Çikaqo Fayr"ın təklifini qəbul edib. Beləliklə, Robert Levandovski uzun illər Avropada çıxış etdikdən sonra karyerasında yeni səhifə açaraq MLS-də mübarizə aparacaq.

Qeyd edək ki, "Fənərbaxça" klubunun da Robert Levandovskini transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью