Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.
"Fənərbaxça" “Napoli”nin futbolçusunu transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, Türkiyə klubu Zambo Anguissanı heyətə cəlb etmək üçün hərəkətə keçib. Məlumata görə, futbolçu mövsümün sonunda “Napoli”dən ayrılmaq istəyir. İtaliya komandası müqavilədəki şərtlərdən istifadə edərək mövsümün sonunda yekunlaşacaq müqaviləni uzatmaq istəsə də, ulduz futbolçu buna razı deyil. Bildirilir ki, İtaliya çempionatı yekunlaşandan sonra futbolçu təklifləri nəzərdən keçirəcək.
Həmçinin, İngiltərədən "Mançester Siti", "Mançester Yunayted" və "Çelsi", Fransadan "Monako" və Səudiyyə Ərəbistanından "Əl-Hilal"ın futbolçunun xidmətində maraqlı olduğu bildirilir.