Fənərbaxça nın Kante transferi baş tutmadı: ƏL İTTİHAD SƏBƏBİNDƏN

03.02.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

"Fənərbaxça"nın Nqolo Kante transferi baş tutmayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Buna səbəb "Əl-İttihad"ın məsuliyyətsizliyi olub. Belə ki, Səudiyyə Ərəbistanı təmsilçisi sənədləri yanlış yükləyib və yenidən cəhd edərkən transfer pəncərəsi bağlanıb.

"Fənərbaxça" hadisə ilə bağlı FIFA-ya müraciət edərək qurumdan əlavə müddət tələb edib.

FIFA-nın bu tələbə nə cavab verəcəyi hələ ki, bəlli deyil.

Qeyd edək ki, klublar Yussuf En-Nesiri ilə Nqolo Kanteni dəyişdirəcəkdilər.

İspaniya millisinin üzvü “Roma”da - RƏSMİ “Fənər” istədi - “Atletiko” aldı Kante “Fənərbaxça”da - RAZILIQ ƏLDƏ OLUNDU “Yuventus”dan “Fiorentina”ya - RƏSMİ A Seriyası klubu baş məşqçisi ilə yollarını ayırıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью