Fənərbaxça nın müdafiəçisi zədələndi: 2 həftə oynamayacaq

23.01.2025

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Mert Müldür sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk futbolçunun çiynində çıxıq aşkarlanıb. 25 yaşlı sağ cinah müdafiəçisi 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Fənərbaxça" Mert Müldürü 2023-cü ilin yayında "Sassuolo"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью