Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində hazırda keçirilən "Anderlext" - "Fənərbaxça" oyunu yarımçıq dayandırılıb.
QOL.az xəbər verir ki, buna səbəb Belçika təmsilçisinin azarkeşlərinin İstanbul klubunun fanatlarına hücum etməsi olub. Həmçinin onlar irqçi şüarlar səsləndiriblər.
Nəticədə görüş "Fənərbaxça"nın 1:0 hesabda öndə olduğu vaxt - 6-cı dəqiqədə dayandırılıb. Futbolçular və hakimlər paltardəyişmə otağına yollanıblar.
Görüş qısa müddət sonra davam edib.