Fənərbaxça nın qapıçısı İtaliya yolunda

15.05.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Fiorentina" xorvatiyalı qolkiperi transfer etmək istəyir. Bu barədə "Sözcü" nəşri mlumat yayıb.

Florensiya klubu Livakoviç üçün "Fənərbaxça"ya təklif göndərəcək. İstanbul nəhənginin 30 yaşlı "əlcək sahibi" üçün gələn təklifi qəbul edəcəyi bildirilir.

Qeyd edək ki, "Fənərbaxça" Dominik Livakoviçi 2023-cü ilin yayında Zaqreb "Dinamo"sundan transfer edib. Xorvatiya millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda qapısında 37 qol görüb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью