Fənərbaxça nın qapıçısı VAR kamerasına zərbə endirdi Video

27.04.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Fənərbaxça"nın qapıçısı VAR kamerasına zərbə endirdi - Video

Türkiyə Superliqasında "Qalatasaray" - "Fənərbaxça" derbisi qalmaqalla yadda qalıb.

QOL.az xəbər verir ki, meydan sahibləri 1:0 öndə olarkən 62-ci dəqiqədə penalti qazanıblar və bu an gərginlik pik həddə çatıb. Daha əvvəl sarı vərəqəsi olan "Fənərbaxça"nın qapıçısı Ederson hakimin qərarına kəskin etiraz edib. Bu hərəkət penaltinin yerinə yetirilməsini ləngitmək cəhdi kimi qiymətləndirilib və o, ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 

Meydandan kənarlaşdırılma ilə nəticələnən bu qərar təcrübəli qapıçını daha da qəzəbləndirib. Yayımlanan kadrlarda hakim və qapıçı arasında fiziki təmasın olduğu, hətta tərəflərin bir-birinə başla zərbə endirməyə çalışdığı görünüb. Futbolçunun qəzəbi fit çalındıqdan sonra da bitməyib. Braziliyalı qapıçı tunelə yollanarkən VAR monitoruna güclü zərbə endirib və bu hərəkəti ilə oyunçuları, rəsmiləri və azarkeşləri təəccübləndirib.

Qeyd edək ki, matç isə "Qalatasaray"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью