Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
''Fənərbaxça''nın sabiq yönəticisi Səlahəttin Baki ''Lüe TV'' adlı ''yutub'' kanalına 2 saatlıq geniş müsahibə verib.
"Football-plus.az" xəbər verir ki, onun ''Qalatasaray'' fanatlarının qəlbində taxt qurmuş Mauro İkardi ilə bağlı dediyi sözlər maraq doğurub.
Bir dönəm ''Fənər''in sabiq prezidenti Əli Koçun sağ əli hesab olunan Baki ''sarı-lacivərdlilər''in ən birinci argentinalıya təklif göndərib-göndərməməsi haqda suala belə cavab verib:
''İkardi Türkiyədə ilk və rəsmi olaraq bizə təklif edilmişdi. Bu, dəqiqdi. İkardini biz istəmədik. O dönəmin məşqçilər korpusu həyat tərzinə görə onun transferini istəmədi. Biz tərəfdən ona heç bir təklif irəli sürülmədi. Sadəcə müəyyən məlumat almaq üçün meneceri ilə əlaqə saxladıq. Çünki dediyim kimi ən birinci bizə təklif olunmuşdu. Sonra PSJ rəsmisindən onun ''Qalatasaray''a gedəcəyini eşitdik. Həm də menecerindən bunu dəqiqləşdirmək istədik. Bizi baş başa gətirməyə çalışırlar. Meneceri əslində həmin an bizə yalan danışdı. İkardinin ailəsi ilə birlikdə Mayamiyə getdiyini və hələ qərarını vermədiyini dedi. Həmin an bildim ki, ''Qalatasaray''la anlaşıb. Meneceri ilə aramızda yalnız bu söhbət oldu. Amma təklif irəli sürmədik''.
''Səlahəttin Bakinin açıqlamalarını oxudum və məsələyə aydınlıq gətirmək istəyirəm. İkardi ilə ilk təmas ''Qalatasaray''ın rəsmisi Ərdən Timur və klubun meneceri Corc Qardi tərəfindən quruldu. O dönəmdə Mauro PSJ-dəki yerini qorumaq istəyirdi. Ancaq ''Qalatasaray'' ona son dərəcə sərfəli bir layihə irəli sürdü. Həmin məqamda ''Fənərbaxça'' da bizimlə əlaqə saxladı. Mən özüm şəxsən o klubun başqanı və köməkçisi ilə görüşdüm. Bütün danışıqlardan sonra İkardi ''Qalatasaray''ın layihəsini daha çox bəyənərək ora yollanmağa üstünlük verdi''.