Fənərbaxça nın ümumi borcu açıqlandı

20.09.2025

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Fənərbaxça" Klubunun seçkili fövqəladə ümumi yığıncağında "sarı-göy" rənglilərin borcunun 21 milyard 526 milyon lirə olduğu açıqlanıb.


Sherg.az xəbər verir ki, "Chobani" stadionunda keçirilən ümumi yığıncaqda nəzarət heyətinin hesabatını nəzarət heyətinin sədri Mehmet Vodina üzvlərə təqdim edib.

1 mart 2024 – 31 may 2024 və 1 iyun 2024 – 31 may 2025 tarixlərini əhatə edən hesabatlar ayrı-ayrılıqda oxunub.

Vodina, "Fənərbaxça" Klubunun 31 may 2025 tarixinə olan ümumi borcunun 21 milyard 526 milyon lirə olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью