Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Fənərbaxça" ispaniyalı məşqçi Xose Luis Mendilibara komandaya rəhbərlik etməsi üçün təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə yunan jurnalist Giorgos Tsaruças sosial şəbəkə hesabında paylaşım edib.
Klub rəhbərliyinin 65 yaşlı mütəxəssisə yüksək ödənişli müqavilə təklif etdiyi bildirilir.
Mendilibar son olaraq "Olimpiakos"da çalışıb. Sentyabrın əvvəlində, iki il yarım işlədikdən sonra Yunan klubundan ayrılıb. Onun rəhbərliyi altında komanda Yunanıstan çempionluğunu, Yunanıstan Kubokunu, Yunanıstan Superkubokunu və UEFA Konfrans Liqasını qazanıb.
Qeyd edək ki, İsmail Kartalın postundan ayrılmasından sonra, "Fənərbaxça"nın "sükanı" müvəqqəti olaraq niderlandlı Dirk Kuyta tapşırılıb.