Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
UEFA Avropa Liqasının 7-ci turunda “Fənərbaxça” öz meydanında İngiltərənin “Aston Villa” komandasına 1:0 hesabı ilə məğlub olub.
“Qafqazinfo” xəbər verir ki, Şükrü Saracoğlu stadionunda baş tutan qarşılaşmanın taleyini 25-ci dəqiqədə Ceydon Sançonun vurduğu qol həll edib.
Qeyd edək ki, matçın son dəqiqələrində qonaq komandanın düşərgəsində gərginlik yaşanıb. Belə ki, 90+2-ci dəqiqədə əvəzlənən Yuri Tilemans baş məşqçi Unay Emeriyə narazılığını bildirib, Emeri isə buna sərt reaksiya verərək futbolçusunu itələyib.
Xatırladaq ki, bu nəticədən sonra xallarını 18-ə çatdıran “Aston Villa” hazırda 2-ci pillədə, 11 xalda qalan “sarı-lacivərdlər” isə 16-cı yerdə qərarlaşıb.