Fənərbaxça öz meydanında Atletik Bilbaoya məğlub olub

11.12.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna start verilib.

Birinci oyun günündə bir qarşılaşma keçirilib.

Türkiyənin “Fənərbaxça” komandası azarkeşləri önündə Bilbao “Atletik”i qəbul edib. Görüş qonaqların qələbəsi ilə nəticələnib. İnaki Uilyamsın dublu İspaniya təmsilçisinə üç xal qazandırıb.

Turun digər oyunları sabah baş tutacaq.

Avropa Liqası

Liqa mərhələsi, VI tur

11 dekabr

19:30 "Fənərbaxça" (Türkiyə) – "Atletik" (İspaniya) 2:0

(APA)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью