Fənərbaxça özbəkistanlı forvard üçün 3 futbolçu təklif edəcək

24.06.2026

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Fənərbaxça" hücum əxttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi "Başakşehir"də çıxış edən Eldor Şomurodovu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Fənərbaxça" özbəkistanlı hücumçu üçün qarşı tərəfə Çengiz Ünder, Çağlar Söyüncü və Rodriqo Bekanı verməyə hazırdır. Bu təklif qəbul olunmasa, "bayquşlar"a müəyyən məbləğdə pul təklif olunacaq.

Qeyd edək ki, "Başakşehir" Eldor Şomurodovu 2025-ci ilin yayında "Roma"dan 5,8 milyon avroya transfer edib. 30 yaşlı forvard İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 23 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью