Fənərbaxça polyak ulduz ilə maraqlanır

02.06.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Barselona" klubunun polyak  hücumçusu Robert Levandovski karyerasını Türkiyədə davam etdirə bilər. Spprt24.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 36 yaşlı futbolçu ilə Türkiyənin "Fənərbaxça" klubu maraqlanır.

Mənbənin sözlərinə görə, İstanbul təmsilçisi ötən mövsüm hücum xəttində yaşanan məhsuldarlıq problemini məhz Levandovski ilə həll etmək niyyətindədir.

​Hələlik tərəflər arasında rəsmi danışıqların başladığı barədə dəqiq məlumat olmasa da, Levandovski yay "transfer pəncərəsi"ndə "Fənərbaxça"nın siyahısında ilk sıralarda yer alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью