Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çempionluq şansı möcüzələrə qalan ''Fənərbaxça'' Türkiyə çempionatının 35-ci turunda ''İstanbul BŞ''nin qonağı oldu.
''Football-plus.az'' xəbər verir ki, oyun qonaqlar üçün uğursuz başlaya bilərdi.
Amma qapıçı Dominik Livakoviç 20-ci dəqiqədə təcrübəli polşalı forvard Kşiştof Pyontekin penaltisini dəf etməyi bacardı.
Hesab fasilə ərəfəsində açıldı. Ötən tur ''Beşiktaş''la derbidə kobud səhvə yol verərək məğlubiyyətin günahkarlarından birinə çevrilən Mərt
İstanbul nəhəngi fasilədən sonra üstünlüyünü bir qədər də möhkəmləndirdi.
Ən-Nəsiri ilə Şkrinyarın qolları hesabı darmadağın həddinə çatdırdı.
Son anlarda ''Fənər''in öz yetirməsi olan Ömər Faruk Bəyaz qollardan birinin əvəzini çıxsa da, Oğuz Aydın yenidən fərqi 3 topa çatdıraraq yekun nəticəni müəyyənləşdirdi.