Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Fənərbaxça" - "Qalatasaray" matçının hakimləri açıqlandı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Türkiyə Superliqasının 14-cü turunun "Fənərbaxça" - "Qalatasaray" matçının hakimləri açıqlanıb.
QOL.az xəbər verir ki, İstanbul derbisini Yasin Kol idarə edəcək. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Yasim Kola yan xətt hakimləri Abdullah Bora Özkara və Bahtiyar Birinci köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Ali Yılmaz yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 1-də keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.