Fənərbaxça qanalı müdafiəçi ilə güclənəcək

27.08.2026

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin "Fənərbaxça" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi "Nitsa"da çıxış edən Koco Pepra Opponqu transfer edəcək. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Fənərbaxça" qanalı futbolçu üçün Fransa klubuna 7,7 milyon avro təzminat ödəyəcək. Opponq sabah İstanbulda olacaq və tibbi müayinədən keçəcək. 22 yaşlı mərkəz müdafiəçisi İstanbul klubu ilə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Nitsa" Koco Pepra Opponqu 2025-ci ilin yayında "Norrköpinq"dən 2,6 milyon avroya transfer edib. Qana millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью