​ Fənərbaxça qarışdı Ulduz futbolçu gedir

09.10.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

"Fənərbaxça"nın mərakeşli hücumçusu Yussef En-Nesyri klubdan ayrılmaq qərarına gəlib.

Metbuat.az xəbər verir ki, futbolçu "Nitsa" və "Samsunspor"la matçdan sonra azarkeşlər tərəfində uğursuz oyun nümayiş etdirdiyinə görə tənqid edilib. Bildirilib ki, En-Nesyri “Nitsa” matçındakı qələbədən sonra meydanda keçirilən şənliyə qatılmayıb və birbaşa paltardəyişmə otağına gedib. Məlumata görə, agenti vasitəsilə aldığı təklifləri nəzərdən keçirən En-Nesyriyə Səudiyyə Ərəbistanı və Avropadan təkliflərin irəli sürdüyü iddia edilir.

“Fənərbaxça” rəhbərliyinin növbəti transfer pəncərəsində təklif alacağı təqdirdə En-Nesyrini klubdan göndərmək qərarına gəldiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью