“Fənərbaxça” qələbə qazandı

29.03.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Super Liqasında 29-cu tura start verilib.

Milli.Az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

"Bodrumspor"un qonağı olan "Fənərbaxça" səfərdə qələbə qazanıb - 4:2.

Artıq ilk hissədə matçın taleyini həll edən İstanbul təmsilçisi meydanı 3 xalla tərk edib. "Sarı-lacivərdlilər" Super Liqa lideri "Qalatasaray"la xal fərqini 6-ya endirib.

Turun digər matçlarında "Antalyaspor" "Alanyaspor"u, "Kayserispor" "Hatayspor"u, "Konyaspor" isə "Qaziantep"i məğlub yola salıb. 

Qeyd edək ki, sabah "Beşiktaş" evdə "Qalatasaray"ı qəbul edəcək.
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью