Fənərbaxça qələbəyə görə futbolçulara sərvət vəd etdi

24.02.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Türkiyə Super Liqasının 25-ci həftəsində "Qalatasaray" - "Fənərbaxça"nı qəbul edəcək.

Metbuat.az xəbər verir ki, "Qalatasaray" ikinci yerdə olan "Fənərbaxça"nı 6 xal qabaqlayır və oyun çempionluq uğrunda mühüm matç hesab edilir. "Qalatasaray" Avropa Liqasında mübarizəni dayandırıb. "Fənərbaxça" isə 1/8 mərhələyə vəsiqə qazanıb. “Fənərbaxça” rəhbərliyi "Qalatasaray" matçında qələbə qazanacağı təqdirdə futbolçulara böyük mükafat vəd edib. “Sabah” qəzetində yer alan xəbərə görə, rəhbərlik futbolçularla görüşərək, onlara qələbə üçün 5 milyon avro vəd verib. Bildirilir ki, bu məbləğ klubun büdcəsindən deyil, rəhbər şəxslərin öz hesabından veriləcək.

Qeyd edək ki, "Qalatasaray" rəhbərliyinin qələbə üçün futbolçulara mükafat ayırmadığı irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью