Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
Yeni mövsümdə mütləq çempionluq hədəfləyən və xüsusilə hücum xəttini gücləndirmək istəyən “Fənərbaxça” növbəti “bombanı” partlatmağa hazırlaşır.
Metbuat.az xariic mediaya istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Real Madrid”in ulduz futbolçusu Brahim Diaz üçün hərəkətə keçib. Sarı-lacivərdli rəhbərliyin həm cinahlarda, həm də 10 nömrə mövqeyində çıxış edə bilən 26 yaşlı mərakeşli oyunçunun transfer şərtləri və gələcək planları barədə ilkin danışıqlara başladığı açıqlanıb. Yüksək texniki qabiliyyəti və çoxşaxəli oyun tərzi ilə diqqət çəkən Diazın transferində “Fənərbaxça” rəhbərliyi ilk müsbət təmasları qursa da, bu keçidin taleyi komandanın digər böyük hədəfi olan Meyson Qrinvudun transferindən asılı olacaq.
Hazırda Mərakeş milli komandası ilə Dünya Kubokunda mübarizə aparan ulduz futbolçunun İspaniya nəhəngi ilə müqavilə şərtlərini dəyərləndirən İstanbul klubu danışıqları rəsmi müstəviyə keçirmək üçün transfer siyahısındakı prioritetlərin nəticəsini gözləyir. “Fənərbaxça” azarkeşlərini indidən həyəcanlandıran bu transfer əməliyyatında yaxın günlərdə daha ciddi addımların atılacağı, Diazın isə gələn təkliflərə görə yekun qərarını verəcəyi gözlənilir.