“Fənərbaxça” rəqibinə göz açmağa imkan vermədi

20.09.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Super Liqasının 6-cı həftəsində “Fənərbaxça” doğma meydanda “Eyüpspor”u böyük hesabla məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, Kadıköydə keçirilən qarşılaşmada “sarı-göy”lər rəqibinin qapısından 8 top keçirib.

Matç “Fənərbaxça”nın 8:0 hesablı qələbəsi ilə başa çatıb.

“Fənərbaxça” 5-ci dəqiqədə hesabı açıb. Penaltini dəqiq yerinə yetirən Meyson Qrinvud komandasını önə keçirib. 7-ci dəqiqədə Vedat Muriqi fərqi iki topa çatdırıb. 21-ci dəqiqədə isə Muriqi daha bir dəfə fərqlənərək hesabı 3:0 edib. 38-ci dəqiqədə Matteo Quendouzi “Fənərbaxça”nın dördüncü qolunu vurub. İlk hissənin sonlarında İrfan Can Kahveci hesabı 5:0-a çatdırıb.

İkinci hissə də “Fənərbaxça”nın qolları ilə başlayıb. 47-ci dəqiqədə Muriqi növbəti dəfə fərqlənərək het-trik edib. 55-ci dəqiqədə isə kosovolu hücumçu künc zərbəsindən sonra başla topu qapıya göndərərək komandasının yeddinci qolunu vurub və pokerə imza atıb.

Qarşılaşmada daha bir qolun müəllifi isə Meyson Qrinvud olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью