Fənərbaxça Sarr transferini bitirməyə yaxındır

03.08.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin "Fənərbaxça" klubu İsmailla Sarrın transferini yekunlaşdırmağa yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə "Tuttomercato" məlumat yayıb.

Mənbənin iddiasına görə, İstanbul təmsilçisi seneqallı cinah hücumçusu ilə şəxsi müqavilənin bütün şərtləri üzrə razılığa gəlib. Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, 28 yaşlı İsmailla Sarr hazırda İngiltərənin "Kristal Pelas" klubunun formasını geyinir.

O, ötən mövsüm bütün turnirlərdə 44 oyunda 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Futbolçunun London klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

“Liverpul”un yarımmüdafiəçisi İtaliya yolunda “Mançester Siti” “Çelsi”nin ulduzuna “elçi düşdü” Fransa millisinin üzvü “Yuventus”a qayıdır? Yunanıstanlı müdafiəçi “Roma”da - RƏSMİ Portuqaliya Superkubokunun qalibi müəyyənləşib - 25-ci dəfə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью