“Fənərbaxça” səfərdə xal itirdi

21.11.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, “Fənərbaxça” səfərdə “Kocaelispor”la qarşılaşıb.

Gərgin keçən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

İlk hissəsi qolsuz başa çatan matçda hesabı 61-ci dəqiqədə Milan Şkrinyar açıb. Meydan sahibləri 71-ci dəqiqədə Berkan Kutlunun penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. Beş dəqiqə sonra Matey Maqlitsa “Kocaelispor”u önə keçirib.

Məğlubiyyətdən son anda xilas olan “Fənərbaxça” 90+3-cü dəqiqədə Meyson Qrinvudun qolu ilə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, bu nəticədən sonra “Fənərbaxça”nın aktivində 20 xal var.

“Fənərbaxça” Belözoğlu ilə darmadağınla başladı “Real Madrid” “Valensiya”nı darmadağın etdi – Arda Gülər də fərqləndi “Mançester Siti”dən gözlənilməz məğlubiyyət, “Arsenal” liderliyini möhkəmləndirdi “Qalatasaray” 7 qolluq matçda qalib gəldi A Seriyası: “Napoli” Turindən xalsız qayıdır
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью