Fənərbaxça Sertaç Şanlı ilə yollarını ayırıb

24.09.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

"Fənərbaxça Beko" klubu türk milli basketbolçusu Sertaç Şanlı ilə yollarını ayırıb.

Missiya.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2023–2024 və 2024–2025-ci illər mövsümlərində İstanbul təmsilçisinin formasını geyinən 32 yaşlı mərkəz oyunçusu ilə müqaviləyə xitam verilib. 

Açıqlamada Şanlının komandanın uğurlarında mühüm rol oynadığı qeyd olunub:

"Sertaç Şanlıya komandamıza verdiyi töhfələrə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq", – deyə klub bəyan edib.

Qeyd edək ki, Sertaç Şanlı daha əvvəl Anadolu Efes və Barcelona klublarında da çıxış edib.

Seyranə Quliyeva
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью