Fənərbaxça Səudiyyə Ərəbistanından futbolçu gətirir

13.11.2024

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Anderson Talişkanın keçidini həll etməyə yaxındır. Bu barədə "Milliyet" nəşri məlumat yayıb.

"Fənərbaxça" braziliyalı hücumameyilli yarımmüdafiəçisini yanvar ayında transfer edəcək. Bu transferin Türkiyə klubuna 10 milyon avroya başa gələcəyi bildirilir.

Qeyd edək ki, Anderson Talişka 2021-ci ilin yayından "Əl-Nəsr"də çıxış edir. 30 yaşlı futbolçu bu mövsüm komandasının heyətində meydana çıxdığı 17 rəsmi matçda 8 qol vurub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью