Fənərbaxça Taliskanı transfer edir

05.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edir.

QOL.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Əl-Nəsr"dən Anderson Taliskanın keçidini həll edib.

Transferin yanvarın 13-də rəsmən açıqlanacağı bildirilib. 

Qeyd edək ki, Anderson Talişka 2021-ci ilin yayından "Əl-Nəsr"də çıxış edir. Braziliyalı yarımmüdafiəçi bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 8 qol vurub. O. daha əvvəl Türkiyə "Beşiktaş"da çıxış edib. 30 yaşlı vinger 2016-2018-ci illərdə İstanbul klubunda 55 oyuna çıxıb və 27 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью