Icma.az bildirir, Metbuat portalına istinadən.
“Fənərbaxça” klubunun yeni baş məşqçisi açıqlanıb.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi İsmail Kartalla 1 illik müqavilə imzalayıb. Klubun yaydığı məlumatda bildirilib ki, təcrübəli mütəxəssis yenidən “Fənərbaxça”nın sükanı arxasına gətirilib və bu, onun komandadakı 4-cü dönəmi olacaq.
Qeyd edilib ki, “Fənərbaxça”nın sabiq futbolçusu Dirk Kuyt da məşqçi heyətinə daxil edilib və baş məşqçinin köməkçisi vəzifəsini icra edəcək. Kartal əvvəlki illərdə də müxtəlif dönəmlərdə İstanbul klubunu çalışdırıb.