Fənərbaxça Türkiyə Kuboku ilə bağlı qərarını verdi

06.12.2024

Icma.az bildirir, Metbuat portalına istinadən.

"Fənərbaxça" 2024-25 mövsümündə Türkiyə Kubokuna qatılmayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

"Fənərbaxça" klubu bu barədə TFF-yə məlumat verib. 29 noyabr 2024-cü il tarixində TFF-yə göndərilən məktubda bu sözlər yer alıb: "2024-2025 futbol mövsümündə keçiriləcək Ziraat Türkiyə Kuboku qarşılaşmalarına qatılmayacağımızı bildiririk".

Qeyd edək ki, ötən mövsüm TFF-yə etiraz olaraq Super Kubok matçına U19 komandası ilə çıxan "Fənərbaxça" rəhbərliyi bu mövsüm Türkiyə Kubokuna qatılmama qərarını alacaqlarını açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью