“Fənərbaxça” UEFA nın hədəfində Araşdırma aparılır

03.09.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır

UEFA “Fənərbaxça”nın hücumçusu Meyson Qrinvudla bağlı intizam araşdırmasına başlayıb.

QOL.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Araşdırmaya Qrinvudla yanaşı, “Fənərbaxça”nın yarımmüdafiəçisi Matteo Qenduzi və klubun özü də cəlb olunub. Buna Çempionlar Liqasının pley-off mərhələsinin “Lion”la cavab oyunundan sonra stadionda baş verən kütləvi qarşıdurma səbəb olub.

Fransada keçirilən görüş “Fənərbaxça”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Final fitindən sonra Qrinvud qarşıdurmanın mərkəzində olub. Eyni vaxtda bir neçə “Lion” azarkeşi “Fənərbaxça” futbolçularının sevincinə müdaxilə etmək üçün meydana çıxmağa çalışıb.

Qenduzinin isə fransalı azarkeşləri təxribata çəkməkdə ittiham olunduğu bildirilir. Qarşıdurma daha sonra tribunaların altındakı keçidlərdə də davam edib və hər iki komandanın nümayəndələri hadisəyə cəlb olunub.

Qeyd edək ki, Qrinvud iyul ayında “Marsel”dən “Fənərbaxça”ya keçib və 4 illik müqavilə imzalayıb. O, İstanbul klubunun 2009-cu ildən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsinə kömək edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью