Fənərbaxça ulduz futbolçu ilə anlaşdı

06.08.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Fənərbaxça" "Benfika"nın futbolçusu Florentinu Luiş ilə razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, tərəflər 1+4 illik razılıq əldə edib. Məlumata görə, Florentinu Luiş "Fənərbaxça"da icarə əsasında çıxış edəcək. Türkiyə nəhəngi "Benfika"ya icarə üçün beş milyon avro ödəyəcək. Bildirilir ki, razılaşmada "Fənərbaxça"nın futbolçunu birdəfəlik transfer etmək hüququ var.

"Fənərbaxça" futbolçunu birdəfəlik transfer etmək istəsə, 25 milyon avro ödəməli olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью