“Fənərbaxça” ulduz futbolçuya görə üzr istədi

04.02.2026

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Fənərbaxça” NGolo Kante transferinin reallaşmaması səbəbindən azarkeşlərdən üzr istəyib.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça”, transferin “Əl-İttihad”ın transfer məlumatlarını səhv daxil etməsi səbəbindən pozulduğunu bildirib. Açıqlamada deyilir ki, “Fənərbaxça” öz öhdəliklərini tam yerinə yetirib. Məlumata görə, Türkiyə nəhəngi futbolçu ilə razılıq əldə edib. Açıqlamaya görə, transfer qeydiyyatı ilə bağlı sənədlər göstərilən müddət ərzində sistemə düzgün və tam şəkildə yüklənib. “Əl-İttihad” isə sənədlərlə bağlı səhvə yol verib. Ardınca “Fənərbaxça” FİFA ilə müzakirələr aparıb və prosesin həlli üçün addımlar atılıb.

Buna baxmayaraq, “Əl-İttihad” heç bir əsas təqdim etmədən prosesi ləğv edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью