Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Fənərbaxça” və “Beşiktaş” kubok oyununa itkilərlə çıxacaq Türkiyə kubokunda qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
QOL.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, “Fənərbaxça” və “Beşiktaş” klubları C qrupunda yer alıb.
İstanbul nəhəngləri elə ilk turdaca bir-birlərinə rəqib olublar.
Dekabrın 23-25-i aralığında "Kadıköy"də baş tutacaq derbi hər iki komanda üçün ciddi itkiləri ilə əlamətdar olacaq.
“Fənərbaxça”da En-Nesyri və Nene Dorqeles Afrika Millətlər Kubokunda iştirak edəcəkləri üçün, Fred isə ötən mövsüm "Qalatasaray"la kubok oyununda aldığı cəza səbəbindən derbini buraxacaq.
Bundan əlavə, dekabrın 5-də mərc oyunları ilə bağlı istintaq çərçivəsində saxlanılan və əvvəlki mövsümdən cəzası olan Mert Hakan Yandaş da komandasına kömək edə bilməyəcək.
“Beşiktaş”da isə Afrika Millətlər Kubokuna yollanacaq Vilfred Ndidi və El Bilal Ture bu vacib qarşılaşmada iştirak etməyəcəklər.