“Fənərbaxça” və “Qalatasaray” yarışda: Yuventus un futbolçusu uğrunda mübarizə

14.01.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Super Liqasında çempionluq mübarizəsini davam etdirən "Fənərbaxça" və "Qalatasaray" bu dəfə transfer bazarında üz-üzə gəlib.

Apasport.az İtaliyanın "Tuttosport" qəzetinə istinadla xəbər verir ki, hər iki İstanbul təmsilçisi "Yuventus"un yarımmüdafiəçisi Veston Makkenni ilə yaxından maraqlanır.

Amerikalı futbolçunun Turin klubu ilə mövcud müqaviləsi mövsümün sonunda başa çatacaq və tərəflər yeni anlaşma ilə bağlı hələlik irəliləyiş əldə etməyiblər.

Xəbərdə qeyd olunur ki, Makkenni ilə “Fənərbaxça” və “Qalatasaray”la yanaşı, bir neçə Bundesliqa və Premyer Liqa klubu da maraqlanır.

Eyni zamanda, “Yuventus”un Serie A-dakı rəqibləri "Milan" və "Roma" da futbolçunun mümkün transfer variantını dəyərləndirir.

"Beşiktaş"dan "Latsio"ya 10 milyonluq təklif "Qarabağ"ın növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb "Messiyə "açıq çek" verərəm, yetər ki gəlsin" Fernandes “Mançester Yunayted”i tərk edə bilər Fofana Türkiyəni seçdi: “Qalatasaray” transferdə israrlıdır
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью