“Fənərbaxça” və “Trabzonspor”dan inamlı qələbə

10.10.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Super Liqasında VII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Trabzonspor” səfərdə “Samsunspor”la qarşılaşıb.

Trabzon təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edərək üç xalı aktivinə yazdırıb.

“Trabzonspor”un qollarını 28-ci dəqiqədə Ernest Muçi, 38-ci dəqiqədə Çibuyke Nvayvu və 40-cı dəqiqədə Frankulino Cu vurub. Qonaqlar 43-cü dəqiqədə Melih Kabasakalın birbaşa qırmızı vərəqə almasına baxmayaraq, üstünlüklərini sona qədər qoruyublar.

Günün digər görüşlərində “Gənclərbirliyi” “Amedspor”la 2:2, “Alanyaspor” isə “Erzurumspor”la 0:0 hesablı heç-heçə edib.

“Fənərbaxça” isə “Rizespor”u səfərdə 3:0 hesabı ilə məğlub edib. İstanbul təmsilçisi bununla ardıcıl ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, hər iki qalib komanda xalını 13-ə yüksəldib.

“Fənər”dən darmadağın: MURİÇDƏN POKER “Siti” zirvəyə yüksəldi Romada qollu heç-heçə, ŞƏRİKLİ LİDERLƏR “Barsa”dan əzmkar qələbə, RAFİNYADAN HET-TRİK “Trabzonspor” “Qalatasaray”ı meydana çıxmağa PEŞMAN ETDİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью