Fənərbaxça Vlahoviç ilə maraqlanır

02.05.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

"Fənərbaxça" "Yuventus"un forvardı Duşan Vlahoviç üçün 40 milyon avro ödəməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu məqsədlə Joze Mourinyonun rəhbərlik etdiyi klub Yussef En-Neserini Səudiyyə Ərəbistanından olan komandaya 30 milyon avroya satmağı planlaşdırır.

Əlavə 10 milyonluq isə ya klubun büdcəsindən, ya da sponsorluq müqavilələri hesabına ödəniləcək.

Vlahoviçin müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir və bundan əvvəl futbolçunun İtaliya klubu ilə müqaviləsini yeniləyə bilməyəcəyi bildirilirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью