Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
"Fənərbaxça"nın sabiq futbolçusu Reto Ziqler İstanbul təmsilçisində keçirdiyi dövrdən və gələcək planlarından danışıb.
Missiya.Az xəbər verir ki, isveçrəli keçmiş müdafiəçi bu barədə “Ekol Sports”a açıqlamasında məlumat verib.
Ziqler “Fənərbaxça”ya baş məşqçi kimi qayıtmaq istədiyini bildirib. “Fənərbaxça"ya baş məşqçi kimi qayıtmaq əla olardı.
Geri dönmək çox gözəl hissdir. Ailəmə – həyat yoldaşıma və iki qızıma bu gözəl şəhəri göstərmək istəyirəm”, - deyə o vurğulayıb.
Təcrübəli futbolçu İstanbul klubundakı ilk dönəmini də dəyərləndirib: “Fəaliyyətim uğurlu keçdi.
Əslində qalmaq istəyirdim, klubun sabiq prezidenti Əziz Yıldırım da bunu istəyirdi.
Lakin həmin vaxt "Yuventus"da müəyyən problemlər yaşanırdı və klub mənimlə davam etmək istəmədi. O dövr mənim üçün çətin oldu”.