Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
''Fənərbaxça''nın yeni transfer Oqnen Mimoviçin yeni klubuna aydınlıq gəlmək üzrədi.
''Football-plus.az'' xəbər verir ki, serbiyalı sağ cinah müdafiəçisi böyük ehtimalla ikinci dövrəni ''Zenit''də keçirəcək.
Klublar arasında artıq anlaşma əldə olunub. Keçid icarə əsasında baş tutacaq.
Rusiya çempionunun Mimoviçi birdəfəlik transfer etmək hüququ yoxdu. Yəni bu oyunçu istənilən halda mövsüm bitən kimi Türkiyəyə qayıdacaq.
Yağız Sabuncuoğlunun paylaşdığı məlumata görə Mimoviç artıq tibbi müayinədən keçmək üçün Dubaya yollanıb.
Rusiya çempionatında qış fasiləsi davam edir və ''Zenit'' də hazırda Dubayda toplanışdadı.
Xatırladaq ki, ''Fənər'' Mimoviçi yanvarda 6,7 milyon avroya transfer edib.