“Fənərbaxça” yarışdan imtina etdi Rəsmi

06.12.2024

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Fənərbaxça" 2024/25 mövsümü Türkiyə kuboku uğrunda yarışda iştirak etməyəcək. 

QOL.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. Qurumun yaydığı açıqlamada bildirilir ki, İstanbul təmsilçisi bununla bağlı rəsmi məktub göndərib. 

"Fənərbaxça"nın 29 noyabr tarixində göndərdiyi məktubda klubun 2024/2025 mövsümündə turnirdə iştirak etməkdən imtina etdiyi qeyd olunub. 

TFF imtinanın səbəbləri barədə açıqlama verməyib.

Türkiyə mətbuatının daha əvvəl yazdığına görə isə “Fənərbaxça”, eləcə də Superliqanın digər təmsilçisi “Kasımpaşa” ölkə kubokunda iştirakın onların maliyyə öhdəliyinə cavab verməməsi səbəbindən yarışdan  imtina edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью