“Fənərbaxça Yusuf En Nesyrini ulduz futbolçu ilə dəyişir

08.09.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu “Fənərbaxça"nın futbolçusu Yusuf En-Nesyrini transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, Viktor Osimhen transferini həyata keçirə bilməyən “Əl-Hilal” hücum mövqeyini En-Nesyri ilə doldurmaq istəyir. İddialara görə, "Əl-Hilal" futbolçu üçün yüksək məbləğ ödəməyə razılıq verib. Türkiyə mediasının məlumatına görə, En-Nesyri üçün 40 milyon avro təklif edilib. İspaniyanın "Estoesatleti" nəşrində yer alan xəbərdə deyilir ki, mərakeşli hücumçu "Əl-Hilal"a transfer olarsa, “Fənərbaxça" “Atletiko Madrid”in futbolçusu Alexander Sörlothi transfer etmək istəyir.

Qeyd edək ki, “Fənərbaxça"nın Yusuf En-Nesyrini klubda saxlamağa üstünlük verdiyi barədə xəbərlər dərc edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью