Fənərbaxça Yuventus un hücumçusunu istəyir 35 milyon avroya

05.06.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Duşan Vlahoviç karyerasını "Fənərbaxça"da davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Sporx"un məlumatına görə, “Fənərbaxça” “Yuventus”un hücumçusunu komandanı tərk edən Edin Dzekonun əvəzi kimi görür.

Bildirilib ki, “Fənərbaxça”nın prezidenti Ali Koç “Yuventus”un yeni baş direktoru Damyen Komolli ilə görüşərək Vlahoviçin mümkün transferini müzakirə edib. Yaxın zamanda Koç "Yuventus"un prezidenti Canluka Ferrero ilə də görüşməyi planlaşdırır.

“Yuventus”un Vlahoviç üçün 35 milyon avro tələb edəcəyi gözlənilir, lakin “Fənərbaxça” daha aşağı qiymət üçün razılığa gəlməyi ümid edir.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью