Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Super Liqa klubu “Fənərbaxça”, Rusiya Premyer Liqa təmsilçisi “Zenit”lə yoldaşlıq matçı keçirib.
Apasport.az xəbər verir ki, daha çox ehtiyat heyətlə meydana çıxan "sarı-göylülər" qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib.
Gərgin keçən görüşdə "Fənərbaxça" azarkeşləri komandalarını tək qoymayaraq tribunaları doldurublar.
Yoldaşlıq oyununda "sarı-göylü" azarkeşlər Ali Koç və rəhbərlikə etiraz ediblər.
Bəzi azarkeşlər “rəhbərlik istefa” şüarları səsləndirərək, illərdir çempionluq olmamasına və son vaxtlardakı pis nəticələrə reaksiya veriblər.
“Fənərbaxça” – “Zenit” 2:1
Qollar: C.Tosun, 20, L.Mercan, 63 – A.Yeroxin, 35