Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Fənərbaxça” klubu baş məşqçi vəzifəsinə portuqaliyalı mütəxəssis Serjiu Konseysaunu təyin etmək barədə qərar verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “A Spor” telekanalı məlumat yayıb.
Bildirilib ki, klub rəhbərliyi bu gün keçirdiyi iclasda baş məşqçi namizədlərini və gündəmdəki digər məsələləri müzakirə edib. Nəticədə Konseysaunun namizədliyi üzərində dayanılıb və tərəflər bütün məsələlərdə razılığa gəliblər.
Məlumata görə, portuqaliyalı mütəxəssislə 1,5 illik müqavilə imzalanacaq. “Fənərbaxça” rəhbərliyi Konseysaunu “Liverpul”la oyundan əvvəl İstanbula gətirməyi və qarşılaşmanı tribunadan izləməsini planlaşdırır.
Qeyd edək ki, “Portu”da 7 il çalışan Konseysau bu klubla böyük uğurlar qazanıb. Onun “Milan” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandalarındakı sonrakı fəaliyyəti isə o qədər də uğurlu olmayıb.