“Fənərbaxça”da böyük dəyişiklik: Oğuz Çetinlə yollar ayrılır

18.09.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin “Fənərbaxça” klubunda idarəçilik strukturunda dəyişiklik gözlənilir. 

“Yeni Sabah” xəbər verir ki, klubun futbol direktoru Oğuz Çetinlə yolların ayrılacağı iddia olunur.

Məlumata görə, Çetin klubda Aykut Kocamanla birlikdə işləməsi üçün futbol direktoru vəzifəsinə gətirilmişdi. Onun istefaya göndəriləcəyi və yerinə yeni şəxsin təyin olunacağı bildirilir. pizza hut

Çetinin yerinə ilk namizədin uzun illər “Fənərbaxça”nın prezidenti olmuş Aziz Yıldırımla birlikdə çalışmış Hasan Çetinkaya olduğu qeyd edilir. Hazırda Belçikanın “Westerlo” klubunda ikinci prezident vəzifəsini tutan Çetinkayanın bu təklifi qəbul etmədiyi bildirilir.

Klub rəhbərliyinin yeni namizəd axtarışlarını davam etdirdiyi vurğulanır. Bu çərçivədə Türkiyə Futbol Federasiyasında 10 ildən artıqdır Təsçil İşləri direktoru vəzifəsində çalışan Ahmet Erzurumlu da gündəmə gəlib.

Məlumata görə, “Fənərbaxça”nın mövsümün sonunda yenidən seçkiyə getməsi klubun inzibati strukturunda dəyişiklik qərarına təsir edən amillərdən biri olub.

Qeyd edək ki, Aziz Yıldırım futbol strukturunu Oğuz Çetin və Aykut Kocaman üzərində qurmuş, daha sonra komandanı İsmail Kartala həvalə etmişdi.

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью