​“Fənərbaxça”da ikinci transfer: 8 milyon alacaq

23.06.2026

Icma.az bildirir, Metbuat portalına istinadən.

Yeni mövsümə iddialı hazırlaşan İstanbulun “Fənərbaxça” klubu heyətini daha bir ulduz futbolçu ilə gücləndirmək istəyir.

Metbuat.az xəbər verir ki, sarı-lacivərdlilər fransalı müdafiəçi Malanq Sarrın transferində ciddi uğur əldə edib.

Rəhbərlik Vedat Muriqidən sonra 27 yaşlı futbolçunu da UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarına yetişdirməyi hədəfləyir. Fransalı ulduzun heyətə qatılması ilə müdafiə xəttindəki boşluğun tamamilə doldurulması planlaşdırılır.

Tərəflər arasında danışıqlar sürətlə davam edərkən, təcrübəli müdafiəçi klubdan imza pulu xaric illik 8 milyon avro maaş tələb edib. Hazırda rəhbərlik ilə futbolçu arasında maliyyə şərtləri üzrə intensiv danışqılar aparılır. Transferin qısa zamanda elan olunması gözlənilir. İmzaların atılması ilə Sarr “Fənərbaxça”nın bu yay heyətinə qatdığı ikinci ulduz futbolçu olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью