Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, “Fənərbaxça” baş məşqçisi İsmail Kartalla yolların qarşılıqlı razılıq əsasında ayrıldığını elan edib.
Bakıvaxtı.az “Haber Global”a istinadla xəbər verir ki, “sarı-lacivərdlilər” növbəti “Göztepe” qarşılaşmasına Dirk Kuytun rəhbərliyi altında çıxarmağı planlaşdırırlar.
Bundan əlavə, klub rəhbərliyi yeni baş məşqçi axtarışlarını sürətləndirib.
İstanbul təmsilçinin potensial baş məşqçi siyahısı isə bunlardır:
Vinçenzo Montella: “Sarı-lacivərdlilər”də yeni baş məşqçi postuna ilk və ən güclü namizəd Türkiyə millisini çalışdırdıqdan sonra hazırda işsiz olan Montelladır. Təcrübəli mütəxəssisin bu təklifə müsbət yanaşdığı bildirilir.
Abdullah Avcı: Çempionluq təcrübəsi olan mütəxəssisin adı yenidən namizədlər sırasındadır.
Aykut Kocaman: Əziz Yıldırım prezident seçildikdən sonra ilk düşündüyü adlardan biri idi. Lakin razılıq əldə olunmadığı üçün komandaya İsmail Kartal gətirilmişdi.
Volkan Demirel: Hazırda boşda olan klubun sabiq ulduzu “Fənərbaxça”nın baş məşqçisi olmağı çox istəyir.
Bülent Uygun: Hazırda TV-də şərhçilik edən mütəxəssis də namizədlər siyahısındadır.