“Fənərbaxça”da Konseysao ilə danışıqlar düyünə düşdü Yeni namizəd bəlli oldu

03.11.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Fənərbaxça”nın baş məşqçi postuna gətirmək istədiyi Serjio Konseysao ilə danışıqlarda problem yaranıb.

Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin müqavilə şərtləri ilə bağlı tələblərini dəyişməsi və maaş gözləntisini artırması tərəflər arasında fikir ayrılığına səbəb olub.

Bu səbəbdən İstanbul təmsilçisi yenidən yerli mütəxəssislərə üz tutub. Məlumata görə, “sarı-lacivərdlilər”in siyahısında əsas namizəd Emre Belözoğludur.

Türkiyəli mütəxəssisin klubun baş məşqçisi postuna əsas namizədlərdən biri olduğu bildirilir.

Qeyd edək ki, Emre Belözoğlu hazırda “Kasımpaşa”nın baş məşqçisidir. Onun klubla müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.

“Tenerife”nin futbolçusu meydanda aldığı zədədən sonra vəfat etdi - VİDEO Asiya Kubokunun keçirilmə vaxtı dəyişdirilib Çerçesov Rusiya klubundan ayrıldı - MÜQAVİLƏSİNƏ XİTAM VERİLDİ “Qalatasaray”ın matçı bu kanalda - TV AFİŞA A Seriyası klubunda yeni təyinat - RƏSMİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью