Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
“Fənərbaxça”da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, İstanbul klubu Tuncay Şanlı ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tuncay Şanlı “Fənərbaxça” Futbol Akademiyasında Dəyər Yaratma və İnkişaf Direktoru vəzifəsində çalışırdı.
Klub açıqlamasında sabiq futbolçuya gördüyü işlərə görə təşəkkür edib:
“Futbol Akademiyamızda Dəyər Yaratma və İnkişaf Direktoru kimi çalışan klubumuzun əfsanələrindən Tuncay Şanlı ilə yollarımız ayrılıb. Gördüyü bütün işlər və çəkdiyi zəhmət üçün ona təşəkkür edir, karyerasında uğurlar arzulayırıq”.
Qeyd edək ki, Tuncay Şanlı futbolçu karyerası ərzində “Fənərbaxça” ilə yanaşı, “Midlsbro”, “Stok Siti”, “Volfsburq” və “Bolton” kimi klublarda da çıxış edib.
"Arsenal"ın yeni transfer hədəfi: BARKOLA ÜÇÜN 80 MİLYON AVRO Dünya çempionatında su qadağası: FİFA-dan yeni qərar 2006-dan 2026-ya uzanan yol: 736 futbolçudan yalnız 4-ü qaldı Fabreqas onu da İtaliyaya gətirir: "REAL"DAN NÖVBƏTİ TRANSFER “Milan”da Qlasner səsləri – Görüş 6 saatdan çox çəkdi