Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Avropa Liqasının liqa mərhələsində son oyununu səfərdə FCSB-yə qarşı keçirəcək "Fənərbaxça"da zədəli futbolçuların vəziyyətinə aydınlıq gəlib. Sport24.az xəbər verir ki, fərdi məşqlərini davam etdirən Edson Alvarezin ayaq biləyində şişkinlik səbəbindən narahatlıq yaşadığı bildirilib.
Futbolçu sabah tibbi müayinədən keçəcək və onun FCSB ilə qarşılaşmada iştirak edib-etməyəcəyi bu yoxlamadan sonra dəqiqləşəcək.
Digər tərəfdən, zədə səbəbindən bir müddət komandanın düşərgəsindən kənarda qalan Arçi Braun və Levent Mercan komanda ilə məşqlərə başlayıblar.